...

Ərdoğanın İrana səfəri başlayıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 İyul 2022 03:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərə başlayıb.

Trend xəbər verir ki, R.T.Ərdoğanı hava limanında İranın neft naziri Cavad Oudci, İran Prezident Aparatının Protokolunun baş meneceri Rza Naqipur, İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend, Türkiyənin Tehrandakı səfiri Derya Örs, xanımı Lale Örs, eləcə də diplomatik nümayəndəliyin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, səfər çərçivəsində iyulun 19-da Tehranda R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII İclası keçiriləcək.

Müvafiq Nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-İran münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Həmin gün R.T.Ərdoğan Tehranda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də iştirakı ilə İran Prezidentinin ev sahibliyi ilə keçiriləcək Astana formatında VII Üçtərəfli Zirvə Görüşündə iştirak edəcək.

Zirvədə Suriyadakı mövcud proseslər, bölgənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və İŞİD ilə mübarizə, siyasi həll üzrə səylər, humanitar vəziyyət və Suriyalıların könüllü olaraq ölkələrinə geri dönmələrinin müzakirəsi nəzərdə tutulur.

R.T.Ərdoğan Zirvə çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş də keçirəcək.

XXX

23:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gedib.

Trend xəbər verir ki, R.T.Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Fuat Oktay və Ankara qubernatoru Vasip Şahin yola salıblar.

Türkiyə Prezidentini səfərdə milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər müşayiət edir.

Qeyd edək ki, səfər çərçivəsində iyulun 19-da Tehranda R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII İclası keçiriləcək.

Müvafiq Nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-İran münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Həmin gün R.T.Ərdoğan Tehranda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də iştirakı ilə İran Prezidentinin ev sahibliyi ilə keçiriləcək Astana formatında VII Üçtərəfli Zirvə Görüşündə iştirak edəcək.

Zirvədə Suriyadakı mövcud proseslər, bölgənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və İŞİD ilə mübarizə, siyasi həll üzrə səylər, humanitar vəziyyət və Suriyalıların könüllü olaraq ölkələrinə geri dönmələrinin müzakirəsi nəzərdə tutulur.

R.T.Ərdoğan Zirvə çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş də keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti