Bakı. Trend:
İranın cəbununda 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri təxminən Bender-Lenqe şəhərindən 55 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.