...

Hindistanın yeni prezidenti and içib

Dünya xəbərləri Materials 25 İyul 2022 10:19 (UTC +04:00)
Hindistanın yeni prezidenti and içib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın paytaxtı Dehlidə ölkənin yeni prezidenti Draupadi Murmunun andiçmə mərasimi baş tutub.

Trend-in məlumatına görə, D.Murmu Hindistanın 15-ci prezidenti olub.

Bundan başqa, o, bu vəzifəyə seçilən ikinci qadın olub.

Hindistanda prezident seçkisi iyulun 18-də keçirilib. Səsvermədə ölkə parlamentinin hər iki palatası, eləcə də ştatların qanunverici orqanlarının nümayəndələri iştirak edib.

Ümumilikdə səsvermədə 4 800 nəfər iştirak edib, Draupadi Murmu 64 faiz səs toplayıb.

O, bu vəzifədə Ram Nath Kovindi əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti