...

NATO-nun hərbi-dəniz qrupunun gəmiləri Tallinə gəldi

Dünya xəbərləri Materials 26 İyul 2022 00:23 (UTC +04:00)
NATO-nun hərbi-dəniz qrupunun gəmiləri Tallinə gəldi

Bakı. Trend:

NATO-nun birinci daimi hərbi-dəniz qrupunun gəmiləri alyansın Baltik dənizində mövcudluğunu nümayiş etdirmək və növbəti missiyaya qədər ehtiyatları artırmaq üçün Tallin limanına daxil olub.

Trend xəbər verir ki, bu barədə Estoniyanın Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən bildirilib.

"NATO-nun birinci daimi hərbi-dəniz qrupu bu il ikinci dəfədir buradadır. Bu, NATO-nun regionumuzda daimi mövcudluğunun təsdiqidir. Bu cür səfərlər nəticəsində biz müttəfiqlərimizlə əməkdaşlıq üçün getdikcə daha çox imkanlar tapırıq"- deyə Estoniya Hərbi Dəniz Qüvvələri komandanının müavini Yohan-Elias Selyamaan bildirib.

Niderlandın "HNLMS Karel Doorman" gəmisinin (qrupun flaqmanı olan) və Portuqaliyanın "NRP Corte-Real" freqatının iyulun 25-də səhər Tallinin Köhnə Limanına yanaşdığı bildirilir. Üçüncü gəmi, Böyük Britaniyanın "RFA Tidesurge" tankeri Tallin yaxınlığındakı Muuqa limanına yanaşıb.

Gəmilərin komandirlərinin Estoniya Müdafiə Qüvvələrinin rəhbərliyi ilə görüşü planlaşdırıldığı və ekipajın yeni missiyaya qədər ehtiyatları artırmaq imkanı olacağı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti