...

Tramp "CNN" telekanalını məhkəməyə vermək qərarına gəlib

Dünya xəbərləri Materials 28 İyul 2022 07:51 (UTC +04:00)
Tramp "CNN" telekanalını məhkəməyə vermək qərarına gəlib

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "CNN" telekanalını sistematik şəkildə “böhtan xarakterli” materiallar yaydığına görə məhkəməyə vermək niyyətində olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Siyasətçinin vəkilləri telekanal rəhbərliyinə məktub göndərərək, bu cür materialların və süjetlərin düzəldilməsi və ya silinməsi, həmçinin üzr istənməsi tələb olunub.

"CNN"in siyasətçinin tələblərini yerinə yetirmək üçün on günü var. Bundan sonra vəkillər dəymiş ziyanı məhkəmə yolu ilə tələb edəcəklərinə söz veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti