Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) fövqəladə hallar xidmətləri ölkənin şimalında güclü yağışların selə səbəb olduğu bir sıra rayonlardan 800-dən çox insanı təxliyə edib. Təbii hadisə nəticəsində yollarda nəqliyyatın hərəkəti pozulub, yaşayış binalarını su basması təhlükəsi yaranıb.
Trend-in məlumatına görə, bu barədə "The National" qəzeti xəbər verib.
Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Aradan Qaldırılması İdarəsi selin ən çox zərər çəkmiş Şarja və Füceyrə əmirliklərində xilasetmə əməliyyatı təşkil edib. Yerli hakimiyyət orqanları təxliyyə edilən sakinləri otellərə və xüsusi təchiz olunmuş müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirib
Ehtimal edilən ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.