Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun inauqurasiyasından sonra ən aşağı səviyyəyə düşüb.
Trend xəbər verir ki, bu barədə "Gallup" sosioloji xidmətinin araşdırmasının nəticələrində deyilir.
Məlumata əsasən, C.Baydenin dövlət başçısı kimi fəaliyyəti respondentlərin 38%-i tərəfindən bəyənilib. Sorğuda iştirak edənlərin 59%-i əks fikirdədir. Qalanları cavab verməyib.
Tədqiqatçıların fikrincə, bu, C.Baydenin 2021-ci ilin yanvarında baş tutan inauqurasiyasından bəri "Gallup" sorğularında qeydə alınan ən aşağı reytinqidir.