Bakı. Trend:
Türkiyə və Pakistan Ticarəti haqqında saziş imzalayıblar.
Trend xəbər verir ki, sənədin imzalanması mərasimi Pakistanın baş nazirinin İslamabaddakı iqamətgahında baş tutub.
Sənədi iki ölkənin ticarət nazirləri Mehmet Muş və Seyid Navid Kamar imzalayıblar.
Pakistan Baş naziri Şahbaz Şərif sazişin imzalanma mərasimindən sonra Türkiyə ilə əməkdaşlığın əhəmiyyətini ifadə edib. O, iki ölkə xalqları arasında sıx tarixi əlaqələrin olduğunu xatırladıb.