Bakı. Trend:
Misirin paytaxtı Qahirə şəhərində yerləşən kilsədə yanğın baş verib.
Trend "Al-Masry Al-Youm" qəzetinə istinadən xəbər verir ki, yanğın nəticəsində 25 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, xəsarət alanlar İmbaba rayonunun xəstəxanasına yerləşdiriliblər.
Ölkənin Səhiyyə Nazirliyi hələki 1 nəfərin öldüyünü, 55 nəfərin xəsarət aldığını təsdiq edib.
Yanğın artıq söndürülüb.