...

Rusiyada koronavirusa yoluxma bir həftədə 38 faizdən çox artıb

Dünya xəbərləri Materials 22 Avqust 2022 12:27 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada son sutka ərzində 33 061 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ötən gün 39 669 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 19,15 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 57 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 64 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 383 617 nəfər vəfat edib.

Ümumilikdə, ötən həftə Rusiyada koronavirusa yoluxma halları əvvəlki həftə ilə müqayisədə 38,4 faiz çoxalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti