...

Belçikada meymunçiçəyindən ilk ölüm halı qeydə alınıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2022 04:45 (UTC +04:00)
Belçikada meymunçiçəyindən ilk ölüm halı qeydə alınıb

Bakı. Trend:

Belçikada meymunçiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Belçikanın "Sciensano" İctimai Səhiyyə İnstitutunun həftəlik hesabatında deyilir.

"Bu günə qədər, meymunçiçəyi xəstəliyinə yoluxmuş bir ölüm halı qeydə alınıb. Ölən şəxsin başqa xəstəlikləri də olub", - deyə hesabatda bildirilir.

Qeyd edilir ki, hazırda ölkədə meymunçiçəyinə 706 yoluxma halı təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti