...

Hindistan XİN rəhbəri BMT TŞ-də islahatların aparılmasının tərəfdarı olduğunu bildirib

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 01:18 (UTC +04:00)
Hindistan XİN rəhbəri BMT TŞ-də islahatların aparılmasının tərəfdarı olduğunu bildirib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası indiki formada səmərəsizdir, bütöv ölkə qruplarının maraqlarını təmsil etmir və islahatlara ehtiyac duyur.

Trend xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar deyib.

"İndiki formada bu struktur səmərəsizdir və tərkibi ədalətsizdir", - deyə S.Cayşankar bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında “əhəmiyyətli ölkələr qrupları”nın nümayəndələri yoxdur. O, dünyada “yenidən balanslaşdırılmış çoxqütblü sistemin” qurulmasının tərəfdarı olduğunu bildirib.

"Hindistan öz üzərinə daha çox məsuliyyət götürməyə hazırdır", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti