...

"İan" qasırğası ikinci kateqoriyaya qədər güclənib

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 05:29 (UTC +04:00)
"İan" qasırğası ikinci kateqoriyaya qədər güclənib

Bakı. Trend:

“İan” qasırğası Karib dənizində Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya qədər güclənib.

Trend xəbər verir ki, ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildirilib.

Hazırda qasırğanın daxilində küləyin sürəti 43 m/s-dir. "İan" Kubanın ifrat qərb nöqtəsindən 250 km cənub-şərqdədir və 20 km/saat sürətlə şimal-qərbə doğru irəliləyir.

Mərkəzin məlumatına görə, Kubanın Huventud adası, Pinar-del-Rio və Artemida əyalətləri üçün fırtına xəbərdarlığı edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti