...

İranda sutka ərzində koronavirusdan 9 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Oktyabr 2022 17:16 (UTC +04:00)
İranda sutka ərzində koronavirusdan 9 nəfər ölüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ötən sutka ərzində 435 nəfər koronavirusa (COVID-19) yoluxub, 9 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 144 448 nəfər, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 144 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,32 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,2 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti