Bakı. Trend:
Rusiya, Ukrayna və Türkiyə arasında əldə olunan taxıl dəhlizi razılaşmasına uyğub olaraq bu günədək Ukrayna limanlarından daşınan taxılın həcmi 6 milyon tonu keçib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, anlaşma çərçivəsində ilk gəmi Odessa limanını avqustun 1-də tərk edib. Bu günədək ümumilikdə 260 gəmi ilə 6 milyon ton taxıl daşınıb.
Eyni zamanda, təkcə bu gün 8 gəmi Ukrayna limanlarından yola salınıb.