...

Ekvador sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 16 Oktyabr 2022 19:33 (UTC +04:00)
Ekvador sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Ekvador sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Puerto-Bakeriso-Moreno şəhərindən təxminən 635 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti