...

Dünya əhalisinin təxminən üçdə biri hələ də COVID-19-a qarşı peyvənd olunmayıb - ÜST

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 04:01 (UTC +04:00)
Dünya əhalisinin təxminən üçdə biri hələ də COVID-19-a qarşı peyvənd olunmayıb - ÜST

Bakı. Trend:

Dünya əhalisinin təxminən üçdə biri hələ də COVID-19-a qarşı peyvənd olunmayıb.

Trend xəbər verir ki, bunu çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Seulda keçirilən Beynəlxalq BioSammitdə deyib.

"Dünya əhalisinin təxminən üçdə biri hələ də COVID-19-a qarşı bir doza ilə belə peyvənd olunmayıb", - deyə ÜST-nin baş direktoru bildirib.

O qeyd edib ki, dünyada peyvəndlərə bərabər hüquqlu çıxışın olmaması "pandemiyaya qlobal reaksiyanı sarsıdıb". Aşağı gəlirli ölkələrdə tibb işçilərinin yarıdan çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirusa qarşı peyvənd olunmadığını bildirən Tedros Adhanom Qebreyesus vurğulayıb ki, "peyvəndlənmədə yaranan boşluq qlobal bərpanı təhdid edir və hər kəs üçün risk yaradır".

"Koronavirusun yeni, daha təhlükəli və ölümcül variantlarının ortaya çıxması təhlükəsi realdır. Biz bu pandemiyadan dərs almalıyıq", - deyə baş direktor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti