...

Filippində daşqınlar və torpaq sürüşmələri 67 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 28 Oktyabr 2022 23:17 (UTC +04:00)
Filippində daşqınlar və torpaq sürüşmələri 67 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Filippinin Mindanao adasına yaxınlaşan "Nalci" fırtınası adada daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.

Trend xəbər verir ki, bu barədə cümə günü "The Manila Bulletin" qəzeti məlumat yayıb.

Məlumata əsasən, daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 67 nəfər həlak olub.

"Nalci" fırtınası Filippinin şimalına doğru irəliləyir. Bu zonadan təxminən 5000 insan təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti