Bakı. Trend:
NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 3-5-də Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü alyansın mətbuat xidməti bildirib.
Qeyd olunur ki, Y.Stoltenberq Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Hulusi Akarla görüşlər keçirəcək.
Tərəflərin İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinin müzakirə edəcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsveçin baş naziri Ulf Kristerssonun noyabrın 8-də Türkiyəyə gedəcəyi məlumatı verilmişdi.