...

Şimali Koreya ballistik raket buraxıb

Dünya xəbərləri Materials 3 Noyabr 2022 04:05 (UTC +04:00)
Şimali Koreya ballistik raket buraxıb

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ordusu orta və ya uzaq mənzilli ballistik raket buraxıb.

Trend xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Cənubi Koreya ordusu bunun qitələrarası ballistik raket ola biləcəyini istisna etmir. Müvafiq yoxlama aparılır, raketin uçuş məsafəsi, sürəti və hündürlüyü də təhlil edilir.

"Yonhap"ın məlumatına görə, uçuş zamanı raketin mühərriki və döyüş başlığının ayrıldığı təxmin edilir. Yaponiya mətbuatının xəbərlərinə görə, raket Yaponiya ərazisi üzərindən keçib və Sakit okeana düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti