...

İmran Xana qarşı sui-qəsd cəhdi: Ayağından yaralandı (VİDEO)

Dünya xəbərləri Materials 3 Noyabr 2022 15:58 (UTC +04:00)
İmran Xana qarşı sui-qəsd cəhdi: Ayağından yaralandı (VİDEO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın sabiq baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub.

Trend-in məlumatına görə, Lahor şəhərində etiraz aksiyası zamanı odlu silahdan açılan atəş nəticəsində o, ayağından yaralanıb.

Qeyd edilir ki, hadisə zamanı daha 4 nəfər xəsarətlər alıb, bir nəfər isə həyatını itirib.

Sabiq baş nazir, eləcə də digər xəsarət alanların həyati təhlükəsi olmadığı bildirilir.

Hücum edən şəxsin artıq polis tərəfindən saxlanıldığı qeyd edilir.

Xatırladaq ki, İmran xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti