...

Respublikaçılar Arizonanı xilas edəcəklərini iddia edərək mitinq keçiriblər (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 6 Noyabr 2022 08:02 (UTC +04:00)
Respublikaçılar Arizonanı xilas edəcəklərini iddia edərək mitinq keçiriblər (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Finiks. Trend:

Respublikaçıların tərəfdarlar Arizona ştatının Skotsdeyl şəhərində aralıq seçkilər ərəfəsində mitinq keçiriblər.

Trend-in müxbiri bazar günü xəbər verir ki, mitinq təşkilatçıları ictimaiyyət qarşısında çıxış edərək hər kəsi səs verməyə və mümkün qədər çox insanı səsvermə prosesinə cəlb etməyə çağırıblar.

Respublikaçıların tərəfdarları hesab edirlər ki, bu partiya Arizonada aralıq seçkilərində qalib gəlməlidir, çünki onların hazırda ştatın qarşısında duran bütün problemləri həll etmək üzrə planı var.

Mitinq iştirakçılarından biri Kris Tompson Trend-ə bildirib ki, respublikaçılar dəyərləri bərpa etmək üçün hakimiyyətə qayıtmalıdırlar.

"Mən Amerikanın ilk namizədlərini dəstəkləmək üçün buradayam, çünki biz bu ölkənin üzərində qurulduğu dəyərlərə sahibik və Respublikaçı namizədlər həqiqətən Amerika dəyərlərinin tərəfdarıdırlar. Düşünürəm ki, çərşənbə axşamı onlar uğur qazanacaqlar və ümid edirəm ki, hakimiyyətə qayıdacaqlar. Sərhədlə bağlı problemlərimiz var, hər il minlərlə, minlərlə insan ölür, böyüməkdə davam edən insan alveri problemi var", - deyə K.Tompson bildirib.

Mitinqin digər iştirakçısı Soniya Marian hesab edir ki, respublikaçılar qalib gələcək, çünki “onlar indi heç kimin vecinə almadığı açıq sərhəd problemini həll edəcəklər”.

"Bizdə qeyri-qanuni miqrantların sayı artır, cinayət faizi yüksəkdir. Respublikaçılar bölünmüş ölkə problemini həll edəcəklər. Biz bir bayraq altında birləşməliyik, o da Amerika bayrağıdır. İnflyasiyaya gəlincə, respublikaçıların bunu həll etmək üçün planı var. Mən onlara arxalanıram. Arizonanı xilas etmək üçün bizə respublikaçılar lazımdır", - deyə S.Marian bildirib.

Arizona ştatının Senatının (Respublikaçı) üzvü Nensi Barto bildirib ki, ən mühüm məsələ sərhəd məsələsidir.

"Sərhədlər geniş açıqdır, bu isə cinayətkarların, hətta terrorçuların ərazimizə daxil olmasına şərait yaradır, cəmiyyətimiz üçün real təhlükə yaradır.

İnflyasiya da əsas problemlərdəndir. Seçiciləri çox narahat edən inanılmaz sayda məsələlər var. ABŞ-da inflyasiyadan ən çox zərəri Arizona çəkib, belə inflyasiya onilliklər ərzində görülməyib. Bu, əhalinin aztəminatlı təbəqələrinə zərbə vurur", - deyə N.Barto bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti