...

ABŞ-da atışma nəticəsində 9 nəfər yaralanıb

Dünya xəbərləri Materials 6 Noyabr 2022 10:19 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Filadelfiya şəhərində bar yaxınlığında baş verən atışmada azı 9 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya şirkətinin yerli filialı polisə istinadən bildirib.

Məlumata əsasən, xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.

Hadisə şənbə günü axşam saatlarında baş verib. Bildirilib ki, hücum edənlər qara rəngli avtomobildən düşüb və 40-a yaxın atəş açıblar.

Şübhəli şəxslərin axtarışı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti