...

Venesuela və Kolumbiya hava əlaqəsini bərpa edir

Dünya xəbərləri Materials 8 Noyabr 2022 06:01 (UTC +04:00)
Venesuela və Kolumbiya hava əlaqəsini bərpa edir

Bakı. Trend:

Venesuela və Kolumbiya 2020-ci ilin martında dayandırılan müntəzəm sərnişin reyslərini bərpa ediblər.

Trend xəbər verir ki, bunu bazar ertəsi Venesuelanın nəqliyyat naziri Ramon Velaskes özünün "Twitter" səhifəsində yazıb.

"Prezident Nikolas Maduronun göstərişi ilə bu gün Kolumbiyaya kommersiya uçuşları bərpa edilib. Biz bu qardaş ölkə ilə əlaqə yaratmaqdan məmnunuq", - deyə nazir bildirib.

Karakas-Boqota marşrutu üzrə fasilədən sonra ilk uçuşu Venesuelanın "Turpial" aviaşirkəti həyata keçirib. Kolumbiyanın Venesueladakı səfiri Armando Benedetti "Twitter"də təsdiqləyib ki, Kolumbiyanın dövlət daşıyıcısı "Satena"nın ilk təyyarəsi çərşənbə günü əks istiqamətdə uçmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti