Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya nümayəndə heyəti ilə görüşmək niyyətində deyil.
Trend xəbər verir ki, bunu cümə axşamı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
"Prezident Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışmaq niyyətində deyildi", - deyə C.Sallivan bildirib.
Xatırladaq ki, noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçiriləcək.