Bakı. Trend:
Avropa İttifaqının 5 min nəfərlik çevik reaksiya qüvvələri 2023-cü ilə yaradılmalı və işə salınmalıdır.
Trend-in məlumatına görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bu gün Brüsseldə Aİ müdafiə nazirlərinin iclası ərəfəsində deyib.
O bildirib ki, müdafiə nazirləri onların fəaliyyətinin üsullarını müzakirə edəcək.
"Avropa İttifaqının çevik reaksiya qüvvələri 2023-cü ildə operativ fəaliyyətə hazır vəziyyətdə olmalıdır", - deyə o bildirib.