...

NASA "Artemis" missiyasını Aya yola salıb

Dünya xəbərləri Materials 16 Noyabr 2022 11:26 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Milli Aerokosmik Agentliyi (NASA) "Artemis" proqramı çərçivəsində Aya ilk missiyasını yola salıb.

Trend-in məlumatına görə, SLS raket daşıyıcısının uçuşu bu gün səhər saatlarında Florida ştatında başa tutub.

Qeyd olunur ki, daşıyıcı qısa müddət sonra "Orion" kapsulunu Ayın orbitinə doğru yola salacaq.

"Orion" Ayın orbitində 26 gün ərzində iki dövrə vurduqdan sonra geri qayıdacaq.

Xatırladaq ki, "Artemis" missiyasının avqustun sonunda göndərilməsi planlaşdırılsa da, yanacaq sızması ilə əlaqədar uçuş təxirə salınmışdı. Daha sonra sentyabr ayında qasırğa uçuşun baş tutmasına mane olmuşdu.

NASA "Artemis" proqramı çərçivəsində yaxın illər ərzində kosmonavtların Aya uçuşunu planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti