Bakı. Trend:
İsrailin Qüds şəhərində avtobus dayanacaqları yaxınlığında törədilmiş partlayışlar nəticəsində yaralananlardan biri vəfat edib.
Trend-in məlumatına görə, əvvəlcə bir partlayış barədə məlumat verilsə də, daha sonra ikinci partlayışın baş verməsi bildirilib.
Hadisələr zamanı ümumilikdə 18 nəfər yaralanıb, bir nəfər həlak olub.
İsrailin baş naziri Yair Lapid bu gün təhlükəsizlik xidmətlərinin fövqəladə iclasını çağırıb.
xxx
10:24
İsrailin Qüds şəhərində partlayış törədilib.
Trend-in məlumatına görə, səhər saatlarında baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd olunur ki, partlayışa avtobus dayanacağı yaxınlığında skuterə quraşdırılmış maddənin işə düşməsi səbəb olub.
Hüquq-mühafizə orqanları terror aktı versiyasını nəzərdən keçirir.