...

Xorvatiya parlamentinin iclası futbola görə yarımçıq dayandırılıb

Dünya xəbərləri Materials 23 Noyabr 2022 14:43 (UTC +04:00)
Xorvatiya parlamentinin iclası futbola görə yarımçıq dayandırılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya parlamentinin deputatları milli komandanın dünya çempionatındakı matçına görə iclası yarımçıq dayandırıb.

Trend-in məlumatına görə, hazırda Qətərdə davam edən dünya çempionatında Xorvatiya millisi Mərakeşlə qarşılaşır.

Qeyd olunur ki, bu gün Xorvatiya parlamentində 2023-cü il dövlət büdcəsinin layihəsi müzakirə olunmalıdır. Deputatların əksəriyyəti parlamentin iclasına milli komandanın rəmzləri ilə gəlib.

Büdcə müzakirələri matç başa çatdıqdan sonra davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti