...

Türkiyə ordusu "Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu məhv edib

Dünya xəbərləri Materials 25 Noyabr 2022 11:19 (UTC +04:00)
Türkiyə ordusu "Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu məhv edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın başladığı "Pəncə-Qılınc" antiterror əməliyyatı çərçivəsində bu günədək 326 terrorçunu məhv edib.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O vurğulayıb ki, əməliyyat bölgələrində həm hava, həm də quru əməliyyatları davam etdirilir.

Qeyd edək ki, "Pəncə-Qılınc" əməliyyatı noyabrın 20-də başlayıb.

Bir neçə gün əvvəl H.Akar öz açıqlamasında bu il ərzində Türkiyə ordusunun Suriya və İraqda 3 600-ə yaxın terrorçunu məhv etdiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti