...

"Tesla" Çində 80 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 25 Noyabr 2022 13:24 (UTC +04:00)
"Tesla" Çində 80 mindən çox avtomobili geri çağırır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin "Tesla" elektromobil şirkəti Çin bazarından 80 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, bu barədə bu gün Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi bildirib.

Qeyd olunur ki, proqram təminatındakı qüsurlarla bağlı 67,7 minə yaxın "Model S" və "Model X" avtomobilləri geri çağırılır. Bu qüsurların yol-nəqliyyat hadisəsinə səbəb olacağı bildirilir.

Bundan başqa, təhlükəsizlik kəmərinin bərkidicisi ilə bağlı problemlərə görə 12,9 min "Model 3" elektromobili geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti