Bakı. Trend:
ABŞ-nin Merilend ştatında yüngülmühərrikli təyyarə elektrikötürücü xətlərə çırpılıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində Montqomeri dairəsində 85 minə yaxın sakin işıqsız qalıb.
Qeyd olunur ki, təyyarə yeddi saata yaxın müddət ərzində 30 metr hündürlükdə xətlərdən asılı qalıb. Aparılan xilasetmə işləri nəticəsində təyyarədə olan pilot və bir sərnişin xilas edilib.
Onlar donvurma və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.