Bakı. Trend:
Kamerunun paytaxtı Yaunde yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində 15 nəfər həlak olub.
Trend-in məlumatına görə, sürüşmə dəfn mərasimi zamanı baş verib.
Qeyd olunur ki, aramsız yağan yağıntılar nəticəsində sürüşmə olub və mərasim iştirakçılarının olduğu pavilyon torpağın altında qalıb.
Hadisə yerində axtarış işləri aparılır. İtkilərin artıması istisna olunmur.