...

Pakistanda vaksinasiya mərkəzi yaxınlığında partlayış törədilib

Dünya xəbərləri Materials 30 Noyabr 2022 10:20 (UTC +04:00)
Pakistanda vaksinasiya mərkəzi yaxınlığında partlayış törədilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın cənub-qərbindəki Kvetta şəhərində vaksinasiya mərkəzi yaxınlığında partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər, o cümlədən bir uşaq həlak olub.

Daha 24 nəfərin yaralandığı deyilir. Yaralananların böyük əksəriyyəti mərkəzi mühafizə edən polis əməkdaşları olub.

İlkin məlumatlara əsasən, partlayışı terrorçu-kamikadze törədib.

Qeyd edək ki, Pakistanda poliomielitə qarşı bu ilin üçüncü peyvəndləmə kampaniyası başlayıb. Ölkənin bir neçə əyalətində 5 yaşadək 13 milyondan çox uşağın peyvəndlənməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti