...

Çexiyada qocalar və əlillər üçün pansionatda yanğın olub, ölən var

Dünya xəbərləri Materials 10 Dekabr 2022 08:16 (UTC +04:00)
Çexiyada qocalar və əlillər üçün pansionatda yanğın olub, ölən var

Bakı. Trend:

Çexiyanın Libştat qəsəbəsində yerləşən qocalar və əlillər üçün pansionatda yanğın baş verib.

Trend "TASS"a istinadən xəbər verir ki, yanğın nəticəsində 1 nəfər həlak olub, binadan 46 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Təxliyə edilən şəxslər tibbi müayinədən keçdikdən sonra müvəqqəti olaraq Libştatdakı məktəbin binasında yerləşdiriləcəklər. Onlardan bəzilərinin xəstəxanaya göndərilməsinin lazım olub-olmadığını həkimlər müəyyən edəcək.

Yanğının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti