Bakı. Trend:
Ficidə müxalif “Xalq Alyansı” partiyasına rəhbərlik edən Sitiveni Rabuka ölkənin yeni baş naziri seçilib.
Trend TASS-a istinadən xəbər verir ki, o, ölkədə davam edən siyasi böhran fonunda parlamentdə keçirilən səsvermədən sonra baş nazir olub.
Belə ki, Rabukanın hökumət başçısı təyin edilməsinə 55 deputatdan 28-i səs verib. Yaxın günlərdə o, Nazirlər Kabinetinin yeni tərkibini elan edəcək.