...

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 32 nəfər çatıb

Dünya xəbərləri Materials 29 Dekabr 2022 05:08 (UTC +04:00)
Filippində daşqınlar nəticəsində ölənlərin sayı 32 nəfər çatıb

Bakı. Trend:

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 32 nəfər ölüb, 11 nəfər yaralanıb və 24 nəfər itkin düşüb.

Trend "TASS"a istinadən xəbər verir ki, daşqınlar ölkənin 10 regionunda 484 mindən artıq insana təsir edib.

Məlumata əsasən, 101,6 min nəfər 150 təxliyə mərkəzində qalır, 1,42 min nəfər öncədən evini tərk edib.

Respublikanın 9 regionunda sel və torpaq sürüşmələri də daxil olmaqla 418 təbii fəlakət hadisəsi qeydə alınıb.

Təbii fəlakət 3,32 min evə ziyan vurub və 41,8 milyon peso (744,2 min dollar) məbləğində daha 746 evi dağıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti