...

Türkiyə və Pakistan birgə hərbi dəniz təlimləri keçirib

Dünya xəbərləri Materials 1 Yanvar 2023 02:42 (UTC +04:00)

Bakı. Trend:

Pakistan və Türkiyə Hərbi Dəniz Qüvvələri Ərəb dənizinin şimalında "Turgutreis-VII" hərbi dəniz təlimləri keçiriblər.

Trend xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələrinə istinadən "Daily Pakistan" qəzeti məlumat yayıb.

Təlimlərdə müxtəlif dəniz əməliyyatları, o cümlədən asimmetrik hücumlara qarşı müdafiə, hava hücumundan müdafiə təlimləri və birgə koordinasiyalı patrul həyata keçirilib.

Məlumata əsasən, təlimlərin əsas məqsədi iki ölkənin dəniz qüvvələrinin peşəkar bacarıqlarını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti