Bakı. Trend:
İspaniyanın Mursiya əyalətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə cümə axşamı "El Pais" qəzeti məlumat yayıb.
Bildirilib ki, göyərtəsində 2 nəfərin olduğu təyyarə Los-Qarrançox aerodromu yaxınlığında düşüb. Nəticədə hər iki nəfər həlak olub.
İlkin məlumata əsasən, kiçik təyyarənin pilotu idarəetməni itirib. Təyyarə yerə çırpıldıqdan sonra yanıb.