Bakı. Trend:
ABŞ Qida və Dərmanlara Sanitar Nəzarət İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün "Leqembi" dərman preparatının istifadəsi üçün sürətləndirilmiş icazə verib.
Trend-in məlumatına görə, bu barədə idarənin rəsmi saytında bildirilib.
"Bu müalicə üsulu yalnız xəstəliyin əlamətlərini dayandırmağa deyil, həm də onun əsas prosesi ilə mübarizə aparmağa yönəlmiş ən son terapiyadır", - deyə qeyd olunub.
Yaponiyanın "Eisai" və ABŞ-ın "Biogen" şirkətləri tərəfindən birgə istehsal olunan "Leqembi" dərmanı əhalinin yüksək tələbatı və sübut edilmiş effektivliyi səbəbindən sürətləndirilmiş əsasda təsdiq edilib.