...

Dünyanın ən yaşlı sakini vəfat edib

Dünya xəbərləri Materials 18 Yanvar 2023 02:12 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın ən yaşlı sakini, Fransalı rahibə Andre (əsl adı Lyusil Randon) çərşənbə axşamı gecə 118 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi onun yaşadığı qocalar evinin nümayəndəsinə istinadən bildirib.

Məlumata əsasən, rahibə yuxuda dünyasını dəyişib.

Lyusil Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 26 aprel 2022-ci ildə planetin ən yaşlı sakini kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti