...

Meksikada barda atışma nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Yanvar 2023 08:22 (UTC +04:00)
Meksikada barda atışma nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Meksikanın Xeres-de-Qarsiya Salinas şəhərində bir qrup naməlum şəxs bara silahlı basqın edib.

Trend xəbər verir ki, bu barədə məlumat şəhər administrasiyasının "Facebook" səhifəsində yerləşdirilib.

Məlumata əsasən, silahlıların barı atəşə tutması nəticəsində 7 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.

Bildirilib ki, regional prokurorluq silahlı insidentlə bağlı istintaq başladıb. Hadisə ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

Şəhərin meri Xose Umberto Salazar Kontreras həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti