...

Bayden Ağ Evdə İordaniya kralı ilə görüşüb

Dünya xəbərləri Materials 3 Fevral 2023 02:11 (UTC +04:00)
Bayden Ağ Evdə İordaniya kralı ilə görüşüb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdə İordaniya kralı II Abdulla ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, tərəflər görüş zamanı ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Onlar ABŞ və İordaniya arasında sıx və davamlı dostluğu bir daha təsdiqlədilər. Prezident yaxın tərəfdaşlığa, kralın və İordaniyanın Yaxın Şərqdə sabitlik üçün oynadığı rola görə Əlahəzrətə təşəkkür etdi", - deyə Ağ Evdən bildirilib.

Görüşdə İordaniya vəliəhdi Hüseyn bin Abdullanın da iştirak etdiyi qeyd edilir.

"Prezident regional və qlobal çağırışların hazırkı kontekstində İordaniyanın təhlükəsizliyinə və iqtisadi rifahına sarsılmaz sadiqliyini bir daha təsdiqlədi", - deyə Ağ Evdən bildirilib.

Qeyd edilib ki, iki ölkə liderləri Fələstin-İsrail nizamlanması məsələsini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti