...

Dünya Bankının prezidenti istefa vermək qərarına gəlib

Dünya xəbərləri Materials 15 Fevral 2023 23:45 (UTC +04:00)

Bakı. Trend:

Dünya Bankının (DB) prezidenti David Malpas iyunun 30-da istefa vermək barədə qərarını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə DB-nin mətbuat xidmətinin yazılı amıqlamasında deyilir.

"Dünya Bankının prezidenti Devid Malpas bu gün İdarə Heyətinə dörd ildən artıq vəzifədə qaldıqdan sonra DB-nin iyunun 30-da başa çatacaq cari maliyyə ilinin sonuna kimi istefa vermək niyyəti barədə məlumat verib", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti