Bakı. Trend:
Moldovada neytrallıqdan imtina etməkdən söhbət gedə bilməz, lakin müdafiə qabiliyyətinin gücləndirilməsinə diqqət yetirilməlidir.
Trend xəbər verir ki, bunu Moldova prezidenti Maia Sandu "TRV" telekanlına müsahibəsində bildirib.
"İndi neytrallıqdan imtina etməkdən söhbət gedə bilməz. Çünki Moldova Konstitusiyasında neytrallıq barədə yazılıb. Biz müdafiə qabiliyyətimizi gücləndirməliyik, amma vətəndaşların fikrini də nəzərə almalıyıq. Son sorğuları təhlil etsəniz, görə bilərsiniz ki, ölkə vətəndaşlarının əksəriyyəti hələ də neytrallığın qorunub saxlanmalı olduğuna inanır. Biz isə vətəndaşların bu seçiminə hörmətlə yanaşırıq", - deyə M.Sandu bildirib.