...

"Tesla" Meksikada müəssisəsinin yaradılmasına 5 milyard dollardan çox sərmayə qoyacaq

Dünya xəbərləri Materials 1 Mart 2023 06:25 (UTC +04:00)

Bakı. Trend:

Elektrikli avtomobil şirkəti "Tesla" Meksikada müəssisəsinin yaradılmasına bir neçə milyard dollar sərmayə qoyacaq.

Trend xəbər verir ki, bunu "El Milenio" telekanalına müsahibəsində Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan hüquqları üzrə müavini Marta Delqado deyib.

"Bu cür 5 milyard dollardan çox investisiyalar federal hökumətin dəstəyi olmadan edilə bilməz və biz yardım göstərməyə davam edəcəyik, bu zavod həm milli bazar, həm də ixrac üçün 1 milyona yaxın elektrik avtomobili istehsal edəcək", - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti