...

"Meta" şirkəti "Twitter"ə bənzər sosial şəbəkə yaratmaq istəyir

Dünya xəbərləri Materials 11 Mart 2023 02:39 (UTC +04:00)
"Meta" şirkəti "Twitter"ə bənzər sosial şəbəkə yaratmaq istəyir

Bakı. Trend:

ABŞ-ın "Meta" şirkəti ən son məlumatları paylaşmaq mümkün olacaq ayrıca sosial şəbəkə yaratmaq imkanlarını araşdırır.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalına şirkətin nümayəndəsi bildirib.

Telekanal qeyd edib ki, planlaşdırılan sosial şəbəkə konseptual olaraq "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyir.

Bu platformanın mərkəzləşdirilməməsi planlaşdırılır, yəni istifadəçilər bir mərkəzi platforma deyil, hər birinin öz qaydaları olan müxtəlif serverlər və ya icmalar yarada biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti