Bakı. Trend:
Ekvador prezidenti Qilyermo Lasso koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə Q.Lassonun mətbuat xidmətinin "Twitter" səhifəsindəki paylaşımında deyilir.
"Respublika Prezidenti Qilyermo Lassonun COVID-19 testinin nəticəsi müsbət çıxıb", - deyə paylaşımda bildirilir.
Qeyd edilir ki, dövlət başçısı dörd gün təcrid olunacaq və distant rejimdə işləyəcək. Q.Lasso artıq ötən ilin iyununda koronavirusa yoluxmuşdu.