...

Kanadada avtomobilin piyadaları vurması nəticəsində azı iki nəfər ölüb

Dünya xəbərləri Materials 14 Mart 2023 04:28 (UTC +04:00)
Kanadada avtomobilin piyadaları vurması nəticəsində azı iki nəfər ölüb

Bakı. Trend:

Kanadanın Kvebek ştatının Amki şəhərində sürücünün pikap avtomobilini piyadaların üzərinə sürməsi nəticəsində ən azı iki nəfər ölüb, 9 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə yerli polisə istinadən CBC teleradio korporasiyası məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti