Bakı. Trend:
Taxıl dəhlizinin daha 60 gün uzadılması ilə bağlı müzakirələr davam edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türkiyə Cümhuriyyəti bölgədə sülh və humanitar yardım üçün üzərinə düşəni etməyə davam edəcək.
“Tərəflərin təşəbbüsün uzadılması istiqamətində atdıqları addımlar təqdirəlayiqdir. Bununla belə, nazirimiz Prezidentimizin tapşırığına uyğun olaraq, taxıl təşəbbüsünün fəaliyyətinin koordinasiyalı şəkildə və tərəflərin tələblərini nəzərə almaq şərti ilə davam etdirilməsi üçün həmkarları və aidiyyəti orqanlarla danışıqlarını davam etdirir”,- deyə bildirilib.
Xatırladaq ki, "taxıl dəhlizi" ötən ilin avqustunda Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında əldə olunan razılıq əsasında avqustun əvvəlində fəaliyyətə başlayıb.